MARAQLI

Türkiyədə vaşaq balalarını qorumaq üçün çoban itinə meydan oxudu – VİDEO

Sharing is caring!


Türkiyənin Gümüşhane bölgəsində yaşayan təbiət fotoqrafı Muhammet Tutar şəhər mərkəzinə bağlı Akqedik kəndinin dağlıq ərazisində gəzintiyə çıxarkən nadir rast gəlinən anın şahidi olub.

Dağın yamacında yuvasında balaları ilə gördüyü ana vaşağı lentə almaq üçün kamerasını hazırlayan Tutar həmin yerə yaxınlaşan çoban itini görüb.

Video çəkməyə başlayan Muhammet iti görən vaşağın balalarını qorumaq üçün yuvasının yerləşdiyi dağ yamacının kənarına gələrək çoban itinə meydan oxumasını saniyəbəsaniyə videoya çəkib. Vaşağı görən çoban iti ərazidən qaçıb, ana vaşaq isə balaları ilə birlikdə yuvasına girərək gözdən itib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir