MARAQLI

Rusiyada qeyri-adi təbiət hadisəsi müşahidə edildi – VİDEO

Sharing is caring!


Füsünkar təbiət hadisəsi Rusiyanın Yakutsk bölgəsində Oymyakon rayonunun Tomtor kəndində baş verib. Kənd sakinləri çox nadir optik hadisə olan qeyri-adi günəş haləsini (“halo”) müşahidə ediblər.

Adətən müşahidə olunan “halo” hadisələrindən fərqli olaraq, Oymyakonda halə üfüqdə yerləşib.

Bunu Rusiyanın Y.Q.Şafer adına Kosmofiziki Tədqiqatlar və Aeronomiya İnstitutunun elmi əməkdaşı İqor Koltovskoy təbiət hadisəsini şərh edərkən bildirib.

“Bu, işığın atmosferdə asılı qalan buz kristallarına düşməsi nəticəsində yaranan optik hadisədir. “Halo” rəngli və ya ağ halqalardan tutmuş qövslərə və göydəki ləkələrə qədər bir çox formada ola bilər. Burada o, üfüqdə yerləşib, bu da olduqca qeyri-adi və nadir hallarda baş verən hadisədir. Günəş haləsi adətən hava dəyişdikdə baş verir”, – deyə İ.Koltovskoy əlavə edib.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir