MARAQLI

Üç ay əvvəl uşağı olan Al Paçino gənc sevgilisindən ayrıldı

Sharing is caring!


Dünyaşöhrətli aktyor Al Paçino və sevgilisi Nur Alfallah övladları doğulduqdan 3 ay sonra ayrılıblar.

Aktyorun sözlərinə görə, Nur Alfallah üç aylıq oğlunun himayəçiliyini tam olaraq öhdəsinə götürmək üçün Los-Ancelesdəki müvafiq orqanlara müraciət edib.

Nur Alfallah ərizəsində aktyora uşaqla görüş imkanı verməklə uşağa tam fiziki himayə hüququ tələb edir. O, Al Paçinoya ortaq qanuni qəyyumluq verməyə razılaşıb ki, bu da ona məktəb, müalicə və din kimi mühüm qərarlarda iştirak etməyə imkan verəcək.

Məşhurun sevgilisi oğlu üçün Al Paçinodan aliment almaq niyyətindədir. Alimentin məbləği isə hələ məlum deyil.

ABŞ-nin Kaliforniya ştatında məhkəmə alimentə dair qərar verməzdən əvvəl uşağın valideynlərini və hər iki tərəfin gəlirlərini rəsmi şəkildə müəyyən etməlidir. Bu halda Al Paçinonun ödəyəcəyi aylıq alimentin məbləği onun ildə nə qədər pul qazandığından asılı olacaq.

Xatırladaq ki, iyunun 16-da 83 yaşlı Al Paçino və 29 yaşlı Nur Alfallahın oğlu dünyaya gəlib. Bu Al Paçinonun dördüncü övladı, cütlüyün isə ilk övladıdır. Heç vaxt evli olmayan aktyorun aktyorluq sənəti müəllimi olan Yana Terrantdan Culiya Mariya adlı 33 yaşlı qızı və aktrisa Baverli D’Ancelodan Anton Ceyms və Oliviya Rouz adlı 22 yaşlı əkiz övladları var.

Mənbə: Qazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir