MARAQLI

Kaftar sürüsünün taktikası həmcinslərini şirin pəncəsindən xilas etdi – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə bir sürü kaftarın şirə hücum edərək öz həmcinslərini yırtıcı heyvanın pəncəsindən xilas etməsinin görüntüləri yayılıb.

Kadrlar Cənubi Afrikada safaridə olan turist tərəfindən qeydə alınıb.

Videoda şikarları ilə qidalanan kaftarların qəfil şirin hücumuna məruz qalması və onlardan birinin ələ keçməsi əks olunub. Sürünün qəfil həmlədən əvvəlcə çaş-baş düşmələrinə baxmayaraq, sonra birlik olaraq aslana hücum çəkmələri və öz yoldaşlarını xilas etmələri istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. 

“Kaftarlar düzgün qiymətləndirilmirlər”, “Onlara həmişə nifrət olunur, ancaq onlar buna layiq deyillər”, “Onların bir-birinin qayğısına qaldığını görmək çox xoşdur”, – kimi sözlərlə istifadəçilər kaftarların birliyini və cəsarətini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, bir müddət öncə balalarını bəbirdən qoruyan kirpilərin komanda işi barədə kadrlar paylaşmışdıq.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir