Cəmiyyət

“Nine Senses” azərbaycanlı və əcnəbi mütəxəssislərin mənəvi təcrübələrinin keçiriləcəyi məkan olacaq – FOTO

Sharing is caring!


Sentyabrın 10-da “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində astropsixoloq Fərhad Sadıxovun “Kruq jizni” (“Həyat dairəsi”) adlı sərgisi keçiriləcək.

Media.Az xəbər verir ki, sərgi oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük beynəlxalq festivalı ərəfəsində ilk tədbir və bu istiqamətdə təməlin atılması olacaq.  

İncəsənət mərkəzi beynəlxalq və azərbaycanlı ekspertlərin görüş yerinə, həmçinin təcrübə mübadiləsinin, fiziki və mənəvi təcrübələrin həyata keçirildiyi məkana çevriləcək.

“Həyat Dairəsi” sərgisi çərçivəsində mandalalarda Günəşin kristallaşmış formaları sizə kosmosun harmoniyasını və enerji baxımından güclü, parlaq layihələr göstərmək niyyətimizin gücünü hiss etdirəcək”, – deyə “Nine Senses”in mərkəzinin direktoru və sərginin kuratoru Natalya Jukova bildirib.

Onun sözlərinə görə, hinduizm və buddizm kimi bir çox dini ənənələrdə mandalalar mənəvi yüksəlişin simvolu və maariflənməyə aparan vasitə kimi istifadə olunur. Onlar şüur ​​və daxili aramlığı inkişaf etdirməyə kömək göstərən meditasiya mərkəzləri kimi xidmət edə bilərlər.

“Azərbaycanda analoji istiqamət dekorativ tətbiqi sənət hesab olunan şəbəkə nümunəsidir. Onları yaradan memarlar yalnız xüsusi mərasimlər keçirdikdən və dualar oxuduqdan sonra işə başlayıblar”, – deyə Natalya Jukova vurğulayıb.

Qeyd edək ki, sərgi dairənin arxetipik simvolunun bir ekspozisiyadakı birləşməsi üzərində qurulub – o, kosmosun əbədiliyini və sonsuzluğunu, Günəşin işarəsini simvollaşdırır. Hər bir iş öz qoxusu ilə müşayiət olunur, səs sırası ilə dəstəklənir və öz vibrasiya dalğasını saçır. Bu ekspozisiyanı şəfaverici təcrübə hesab etmək olar.

Ünvan: “Nine Senses” İncəsənət Mərkəzi, “Sea Breeze Resort”, Nardaran, 31 (LANDAU məktəbinin yanı)

İştirakınızı +994 55 255 54 12 nömrəsinə zəng edərək və ya “Instagram”da @9senses_azerbaijan səhifəsinin mesaj qutusuna yazıb təsdiq etməlisiniz.

Giriş sərbəstdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir