MARAQLI

Dünyanın ən varlı iş adamlarından birinin lüks yaxtası Marmaris sahilində görüntüləndi – VİDEO

Sharing is caring!


Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində “Mayan Queen 4” lüks yaxtası görüntülənib.

Kayman adaları bayrağı altında üzən 93 metrlik yaxta “Marmaris Cruise Port” limanına yanaşıb.

Dünyanın ən zəngin meksikalı iş adamları arasında yer alan Alberto Bailleres Qonzalesə məxsus olduğu bildirilən dördmərtəbəli “Maya Queen 4” super lüks yaxtası yerli və xarici turistlərin marağına səbəb olub.

Yaxtanın iki günlük liman səfərinə gəldiyi məlum olub. İki gün sahildə qalacaq yaxtanın daha sonra turuna davam edəcəyi bildirilib.

Dünyada azsaylı lüks yaxtaları arasında yer alan bu yaxtanın 2008-ci ildə Almaniyanın Hamburq şəhərində inşa edildiyi öyrənilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir