MARAQLI

“WhatsApp”dan yeni maraqlı funksiya – FOTO

Sharing is caring!


“WhatsApp” yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər.

Yenilik mesencerin “Android” üçün “beta” versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində “Yarat” düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. “WhatsApp” süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək.

Stikerləri alan şəxs onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.

Yeniliyin “WhatsApp”ın bütün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.

Mənbə: WABetaInfo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir