Cəmiyyət

Şamaxıda qaçırdıqları avtomobillə qəza törədən iki yeniyetmə saxlanılıb – FOTO

Sharing is caring!

Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininin VAZ-2106 markalı avtomobili yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxaran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər. Onlar hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.

Daha sonra yeniyetmələr polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil veriliblər. 

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir