MARAQLI

Bakıda yük avtomobilləri qadağan olunan vaxtda şəhərdə hərəkət edirlər – VİDEO

Sharing is caring!


Bakının Xətai rayonunda yük avtomobilləri qadağan edilən saatlarda sərbəst hərəkət edirlər.

Bununla bağlı Oxu.Az-a sakinlər tərəfindən müraciət və videogörüntülər daxil olub.

Afiyəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində çəkildiyi qeyd olunan görüntülərə əsasən, yük avtomobilləri qanunla qadağan edilmiş saatlarda şəhərdə hərəkət edirlər.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tikinti şirkəti müəyyən olunub:

“Görüntülərdən məlumatımız var. Əraziyə idarənin aidiyyəti əməkdaşları ayrılıblar. Müəyyən olunub ki, ərazidə iş görən tikinti şirkətinin adı “Space MMC”dir. Barələrində müvafiq tədbirlər görülüb, inzibati protokollar tərtib olunub”.  

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

Həmçinin, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir