MARAQLI

Maskdan 44 milyard dollarlıq təəssüf: “Bu kərtənkələ onu kopiyalayıb” – FOTO

Sharing is caring!


“Twitter”ın sahibi, milyarder İlon Mask “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqi plagiatda ittiham edib və onu “kərtənkələ” adlandırıb.

Oxu.Az-ın məlumatına görə, müvafiq qeyd onun sosial şəbəkədəki hesabında yer alıb.

“Mən bu tətbiqə 44 milyard dollar xərcləmişəm, indi isə bu kərtənkələ onu, sadəcə, kopiyalayıb istifadə etmək qərarına gəlib”, – deyə Mask paylaşımında deyib.

Onun sözlərinə görə, bu addım onların münaqişəsini şəxsi müstəviyə daşıyıb.

“Qəfəsdə görüşənədək”, – deyə “Twitter” sahibi əlavə edib.

Qeyd edək ki, Mask bundan əvvəl “Threads” xidmətini işə saldığı üçün Zukerberqi fırıldaqçılıqda ittiham etmişdi. Onun: “Rəqabət yaxşıdır, fırıldaqçılıqsa yox”, – yazılan paylaşımı 14 milyondan çox baxış və 264 minə yaxın bəyənmə toplayıb.

Xatırladaq ki, iyunun 22-də Zukerberq Maskın hər şeyi qaydasız döyüşdə həll etmək çağırışını qəbul edib. Mask “Meta”nın internetdə “Twitter”ə rəqib olan tətbiqi işə salmaq niyyəti barədə məlumatlardan sonra Zukerberqi döyüşə çağırıb. İş adamları Las-Veqasdakı arenada döyüşməyə qərar veriblər. Daha sonra Maskın anası Mey Mask öz “Twitter” hesabında oğluna mane olduğunu, Zukerberqlə döyüşü ləğv etdiyini açıqlayıb.

Lakin UFC prezidenti (“Ultimate Fighting Championship”) Dana Uayt hesab edir ki, döyüş baş tutacaq və tarixdə ən çox izlənilən döyüş olacaq.

İyunun 27-də isə Mask üçqat UFC çempionu, məşhur kanadalı qarışıq döyüş ustası Corc Sen-Pyerlə birlikdə məşq etməyə və döyüşə hazırlaşmağa razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir