MARAQLI

“Twitter”in rəqibi sayılan sosial şəbəkə platformasının işə düşəcəyi tarix məlum oldu

Sharing is caring!


ABŞ-nin “Meta” korporasiyası iyulun 6-da “Twitter” sosial şəbəkəsinin analoqu hesab edilə biləcək “Threads” tətbiqini işə salacaq.

Qeyd olunur ki, “Threads” tətbiqi “Instagram” platformasının nəzdində yaradılıb.

Yeni sosial şəbəkənin əsasnaməsində qeyd olunur ki, “Threads” eyni maraq qrupuna aid icmaların bir araya gəldiyi yeni məkan olacaq.

“Gələcək istifadəçilərə maraq kəsb edən və həmfikir insanları izləmək, onlarla ünsiyyət qurmaq, həmçinin öz ideyalarını, fikirlərini və yaradıcılıqlarını bölüşmək tövsiyə olunur”, – “Meta”nın dərc etdiyi açıqlamada qeyd olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir