MARAQLI

Rusiyalı xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdı-qovdu mübarizəsi – VİDEO

Sharing is caring!

Rusiyada Oneqa gölündə qırılan buz parçasının üzərində qalmış iki balıqçı xilasedicilərin uzun səylərindən sonra xilas edilib. Onların axtarışlarına Leninqrad və Voloqda vilayətlərinin, həmçinin Kareliya Respublikasının xilasediciləri cəlb olunublar.

Bu barədə RF Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, əlverişsiz hava şəraiti – duman, küləyin sürətinin 14 m/s-ə qədər olması və suda dalğalanma hoverkraftın (hava yastıqlı gəmi) buz kütləsinə yaxınlaşmasına imkan verməyib. Sonda balıqçıların xilası üçün Mi-8 helikopteri göndərilib.

Xilas edilən balıqçılar tibb mərkəzinə yerləşdiriliblər.

FHN balıqçıların xilası ilə bağlı videonu yayımlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir