MARAQLI

Aynur Musayeva: Məhz bütün bunlar uşaqlara gələcəkdə daha çox uğur qazanmaq şansı verəcək.

Sharing is caring!

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva:

Müasir dünya sürətlə dəyişir, daha dinamikdir, daim yenilənən bilik və bacarıqlar tələb edir. Belə bir şəraitdə uşaqların inkişafı da fərqli yanaşmalar tələb edir. Təbii ki, ilk öncə uşaqların sağlam, sağlıqlı böyüməsi şərtdir. Onları zərərli amillərdən qorumalıyıq, yaşlarına uyğun olaraq bədən tərbiyəsi, idmanla məşğul olmağa təşviq etməliyik. Düzgün valideyn-övlad münasibətlərininin qurulması, sosiallaşmaları üçün əlimizdən gələni etməliyik. Uşaqlarla çox vaxt keçirməliyik, onları dinləməliyik. Təcrübə göstərir ki, valideynlərin övladları ilə birgə vaxt keçirmələri, söhbət edib, birgə oyunlar oynaması, ümumi maraqlarının olması onların inkişafı üçün əhəmiyyətlidir. Təhsil, fərdi inkişaf övladlarımızın həyatında olduqca vacibdir. Uşaqların yaxşı təhsil alması, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnmələri üçün əlimizdən gələni etməliyik. Ən asası, uşaqda ailəsinə, ətrafına, insanlara, təbiətə sevgi aşılamalıyıq. Onları aqressiv mühitlərdən uzaq tutmalıyıq, psixologiyalarının zədələnməsinə imkan verməməliyik. Uşaqlarda özünə güvəni artırmalıyıq. Müasir dövrdə bu, çox vacibdir. Uşaqların istəyinə hörmətlə yanaşın, onları motivasiya edin, liderlik keyfiyyətinin formalaşmasına, şəxsiyyət kimi yetişməsinə çalışın. Çalışın övladılarınızın istənilən yaşında inkişafına təkan verəsiniz. Onlara kömək edin, təzyiq etməyin. Məhz bütün bunlar uşaqlara gələcəkdə daha çox uğur qazanmaq şansı verəcək.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir