MARAQLI

Lukaşenkodan AİB sammitinə gecikməyinə dair qəribə izah – FOTO/VİDEO

Sharing is caring!

Qırğızıstanda Belarus Prezidenti Aleksandr Lukaşenkonun başına qəribə iş gəlib. Belə ki, Bişkekdə keçirilən Avrasiya İqtisad Birliyinin tədbirinə yollanan belarus liderin avtomobili yolda sönüb. Nəticədə Lukaşenko sammitin keçirildiyi yerə kimi bir qədər piyada getməli olub.

Bununla bağlı yayımlanan kadrlarda Belarus prezidentinin qırğız həmkarı Sadır Japarovla görüşəndə: “Gecikməmişəm? “Mercedes” zəifdir, işə düşmədi. Mən piyada gəlmişəm”, – dediyi eşidilir.

Japarov öz növbəsində Lukaşenkonu əmin edib ki, tədbirə vaxtında gəlib.

Qeyd edək ki, indiyə kimi hansısa prezidentin xidməti avtomobilinin işə düşməməsi ilə bağlı xəbər yayılmayıb. Bu isə onu göstərir ki, Lukaşenko bu səbəbdən görüşə gecikən ilk prezidentdir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir