MARAQLI

Kolibrlər yemək xatirinə transseksual olurlar – FOTO

Sharing is caring!

Vaşinqton Universitetinin alimləri sübut ediblər ki, dişi kolibrilər qida və təhlükəsizlik üçün erkəklər kimi “geyinirlər”.

Araşdırma “Proceedings of the Royal Society B Biological Sciences” jurnalında dərc olunub.

Bildirilir ki, Cənubi Amerika yakobin kolibriləri (“Florisuga mellivora”) yetkinləşdikcə quyruq rəngini dəyişirlər. Erkəklərdə lələklər parlaq mavi, dişilərdə ağ-yaşıl olur. Ancaq yetkin dişi kolibrilərin təxminən 20% -i “erkək” rənglərinə malikdir.

Müəlliflərin fikrincə dişilərin belə təqlidi erkəklərin aqressiyasından qaçmaq və əlavə qida ehtiyatına çıxış əldə etməsi üçün lazım olur.

Məsələ burasındadır ki, kolibrilər öz yuvalarını yadlardan çox aqressiv şəkildə qoruyur. Ancaq erkək kolibrilər digər erkəklərlə döyüşməyi sevmirlər. Beləliklə, dişilərin özlərini erkək kimi aparması döyüş ehtimalını xeyli azalar.

Alimlərin sözlərinə görə bu strategiya işə yarayıb: “Transseksual” dişilər çox sayda yerdə qidalanır. Ənənəvi rəngli dişilər isə təhlükəsiz evlərinə möhkəm bağlanıblar.

Alimlər müəyyən ediblər ki, parlaq quyruqlu dişilər nə güc, nə də davranış baxımından digər dişi kolibri quşlarından fərqlənmir. Bu da başqa fəndlərin deyil, məhz təqlidin – rəng dəyişikliyinin işə yaradığını göstərir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir