MARAQLI

Qayıqları batan balıqçılara köpək balıqları hücum etdi – FOTO/VİDEO

Sharing is caring!

Qaylığı batan balıqçılar köpək balıqlarından yalın əlləri ilə xilas olmaq məcburiyyətində qalıblar. Qorxu dolu anlar ABŞ-ın Luiziana ştatında baş verib.

Bildirilir ki, balıqçılardan uzun müddət xəbər almayan qohumlar bu barədə Sahil Mühafizəsinə xəbər verib. Dərhal axtarış təşkil edilib. Bu işdə yerli yaxtaçılar da kömək ediblər. Fəlakət bölgəsinə helikopter göndərilib və sahildən 40 kilometr aralıda batmış yeddi metrlik qayıq aşkar edilib.

Məlum olub ki, bütün günlərini suda keçirən ekipaj sağ qalıb. Bu müddət ərzində balıqçılar onlara hücum edən köpək balıqları ilə mübarizə aparmalı olublar. Xilas edilələrin ikisinin qollarında köpək balığı dişləməsi yaraları olub. Bundan başqa onlardan birində hipotermiya əlamətləri görünüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabil qiymətləndirilir.

“Əgər qohumlar sahil mühafizəsinə müraciət etməsəydilər və zərərçəkənlər xilasedici jilet geyinməsəydilər, hər şey daha pis bitə bilərdi”, – deyə Sahil Mühafizəsindən bildirilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir