MARAQLI

Həlledici qol “Real”ın futbolçusuna alnında 20 tikişə başa gəldi – FOTO/VİDEO

Sharing is caring!

Madrid “Real”ının müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Donetsk “Şaxtyor”u ilə oyunda ciddi zədə alıb.

Hadisə artıq matçın əsas vaxtına əlavə edilmiş beşinci dəqiqədə baş tutub. Qarşılaşmada Rüdiger topu başı ilə qapıya yollayıb (bununla da hesabı bərabərləşdirib) və bu zaman Ukrayna yığmasının qapıçısı Anatoli Trubinlə baş-başa dəyib.

“Real”ın futbolçusunun tibbi yardıma ehtiyacı olub. Çətinliklə ayağa qalxan oyunçu Madrid klubunun əməkdaşlarının yardımı ilə meydanı tərk edib.

Jurnalisti Xose Luis Sançezin daha sonra “Twitter”də verdiyi məlumata görə, Rüdigerin alnına 20 tikiş qoyulub.

Qeyd edək ki, Rüdigerin qolu “Real”a hesabı bərabərləşdirməyə kömək edib. Görüş 1:1 hesabı ilə başa çatıb. “Real” 10 xalla F qrupunda liderliyini davam etdirir. “Şaxtyor” 5 xalla üçüncüdür.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir