Maqazin

Məşhur klarnet ifaçısı aktrisa ilə evləndi – FOTO

Sharing is caring!

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimova ilə ailə həyatı qurub. 

XəbərAl.az xəbər verir ki, A.İbrahimova bununla bağlı “Instagram” hesabında məlumat verib. 

Aktrisa onu ailə dağıtmaqda ittiham edən şəxslərə sərt reaksiya verib: 

“Bu postu cavab olaraq müvəqqəti paylaşıram. Sözüm bəzi saytlara, bəzi özünə və ailəsinə hörmət etməyən və bilib-bilmədən rəy yazan insanlaradır. Nişanlı yox, evliyik, 2021-ci ildə evlənmişik. Heç kimin ailəsini dağıtmamışam, dağılmış olan ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir iş deyil. Ailənin içini bilmədən, heç kimi şəxsən tanımadan rəy bildirmək günahdır. 

Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini düşünün. Qohumlarınızda, ailənizdə boşanmış insanları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kəs ailəsinin dağılmağını istəməz. Ailə qurursan, illərlə əziyyət çəkirsən və inanın ki, tanınan bir insan boşuna, öz kefinə ailəsini dağıtmaz. Ona görə də, rəy bildirərkən məntiqlə düşünün!

Ailə qurmuşam mən nə günah iş görmüşəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki? Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb, razılıq vermişəm. Elçilik olub, gəliblər, qohumları valideynlərimdən məni istəyiblər, daha sonra nişan və nikah baş tutub”.

Qeyd edək ki, Aysel İbrahimova Akademik Opera və Balet Teatrının aktrisasıdır. Bu, aktrisa və klarnet ifaçısının ikinci evliliyidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir