manset

Hər zaman ümid yeri olasınız!

Sharing is caring!

YeniZamantv.az  Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının öz sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:

Bir ziyalı ailəsində doğulub. Özünü tanımazdan əvvəl, çox illər öncə doğmaları ilə tanış oldum. Babası Nəsir İmanquliyev müəllimim idi. Anası Aida xanım isə tələbəlik illərində Şərqşünastlıq fakültəsində dərs deyərdi. Hər kəsiri olan onun , Aida xanımın yanına qaçardı. Təmkinlə , “nə etmisiz” deyərdi. Hamıda xahişini edər, cavab gözləyərdi… Dəqiqələr keçər, sakitliyini pozmaz və sonra deyərdi “gedin oxuyun, deyəcəm ki, sizdən yaxşı-yaxşı soruşsun”. İmtahana həyəcanla gələnlər özlərində məsuliyyət hiss edərdilər. İmtahandan qiymət almasaq Aida xanımın üzünə necə baxarıq…

Bu gün onun doğum günüdür. Ailəsinin xeyirxahlıq ənənələrini daşıyan xanım Mehriban Əliyevanın. Bəzən deyirlər ki, gəlin ocağa çəkər. O ocaq ulu öndər Heydər Əliyevin ocağıdır. O ocağı isidən isə Zərifə xanım Əliyeva idi. İki qüvvətli qadının dünyagörüşündən, düzənindən. dözümündən, xeyirxahlığından çox şeylər götürüb: mərhəmət, sədaqət, insanlara əl tutmaq. Bu gün insanların çoxu ona güvənir. Düşünürlər ki,ən müşkül işləri o, həll edəcək. Doğrudan da belədir. Yorulmadığı fəaliyyətinin əsasını insanların ona inamı tutur. Ümid etmədikləri işləri həllini tapanda insanların onun haqqında dediklərini eşitmişəm: O, bir mələkdir.

Heç yadımdan çıxmır, bir şəhid ailəsinin bank borcu məsələsi var idi. Artıq məhkəmə qərarı ilə evləri müsadirə olunacaqdı. Əsgər Ailələrinə Dəstək ictimai birliyi məsələni ictimailəşdirdi. Sayılı günün içində xəbər gəldi: şəhid ailəsinin bank borcu silindi. O ailənin sevincini görsəydiz… Beləcə illərdir Əsgər Ailələrinə Dəstək ictimai birliyinin həssas qruplarla bağlı hər müraciəti anında həllini tapır.

Xanım Mehriban Əliyeva, minnətdarıq, hər zaman ümid yeri olasınız!

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Doğum Günü münasibəti ilə təbrik edir. Ona Azərbaycan naminə fəaliyyətində uğurlar diləyir!

Mətanət Əsgərqızı

Jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir