Mədəniyyət

Bu gün Moskva Memarlıq İnstitutunun diplomunu alan ilk azərbaycanlı qadının doğum günüdür – FOTO

Sharing is caring!

Bu gün Azərbaycan memarlıq tarixində əlamətdar gündür. 

Belə ki, düz 100 il əvvəl, 1922-ci il iyunun 26-da memar Şəfiqə Mikayıl qızı Zeynalova anadan olub. 

İstedadlı memar, Moskva Memarlıq İnstitutunun diplomunu alan ilk azərbaycanlı qadın, “AzərDövlətLayihə” institutunda çalışıb. Şəfiqə Zeynalovanın layihələrinə əsasən Bakıda “Sovet modernizmi” dövrünün bir çox binaları tikilib: “Bakı Soveti” metro stansiyasının binası, Azadlıq prospektində Sovet İKP-nın Arxivinin binası, Dəmir yolu vağzalının yeni binası, “Nizami” metro stansiyasının yanında 17-i mərtəbəli “Orqtexstroy” trestinin inzibati binası, Kənd Təsərrüfatı Nazirliyinin (indiki Xarici İşlər Nazirliyi) binası və s. 

Memarın bir çox layihələri kağız üzərində qaldı. O, 56 yaşında, 1979-cu ildə vəfat etdi. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir