Cəmiyyət

Bakıda qar yollarda tıxaca səbəb olub – FOTO

Sharing is caring!


Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir”, – məlumatda deyilir.

Hal-hazırda yollardakı vəziyyət:

1.Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “Xırdalan dairəsi” istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. İnşaatçılar prospekti, hər iki istiqamətdə;

6. Tbilisi prospekti, hər iki istiqamətdə;

7. Ak. Həsən Əliyev küçəsi, Səməd Vurğun küçəsi istiqamətində;

8. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;

9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

10. Nəriman Nərimanov prospekti, hər iki istiqamətdə;

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

12. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir