Mədəniyyət

Xarabalığa çevrilən mədəniyyət ocaqları – VİDEO

Sharing is caring!

Sınıq pəncərələr, yararsız oturacaqlar, uçub-dağılan tikili, bir də bu mənzərəyə sanki nisgillə baxan çat divarlardakı dahi şairlərimizin fotoları.

Sözügedən yer vaxtı ilə Samux rayonunun ən böyük mədəniyyət mərkəzlərindən biri olub. Təxminən 40 il əvvəl inşa edilən bina hazırda Lək kəndinin sənətkarlıq evi və kitabxana filialı kimi fəaliyyət göstərir.

Rayonun Çobanabdallı kəndinin mədəniyyət evində isə vəziyyət daha acınacaqlıdır. Müəssisənin adı dəyişdirilərək diyarşünaslıq evi kimi fəaliyyət göstərir. Burada həmçinin mərkəzi kitabxana da var. Xarabalığı xatırladan bina uçmaq təhlükəsi ilə üz-üzədir.

Mədəniyyət Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən mədəniyyət müəssisələri nazirliyin balansında deyil. Hər iki bina icra hakimiyyəti və bələdiyyənin balansındadır.

Samux Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, mədəniyyət müəssisələri kimi fəaliyyət göstərən binaların əksəriyyəti yerli bələdiyyələrin balansındadır. Binaların əsaslı və ya cari təmiri ilə bağlı məlumatlar aidiyyəti qurumlara təqdim olunub.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir