Kriminal

Novxanıda 46 yaşlı kişi qətlə yetirildi, saxlanılan var

Sharing is caring!


İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir