Mədəniyyət

Azərbaycan Qətərdə dezinformasiya ilə mübarizə aparır – TƏFƏRRÜAT + FOTO

Sharing is caring!


Ötən həftə Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Bir sıra tədbirlər vasitəsilə yerli tamaşaçılar mədəniyyətimiz və incəsənətimizlə tanış olublar. Azərbaycan ilə Qətər arasında yeni əməkdaşlıq əlaqələri qurulub.

Oxu.Az Mədəniyyət Günləri çərçivəsində hadisə yerində baş verən bütün tədbirlər barədə məlumat verib.

Qətər Milli Kitabxanasında Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatını xüsusi qeyd etmək istərdik. Bu tədbir dezinformasiyaya qarşı mübarizədə böyük addımdır.

Qeyd edək ki, Dohaya dünyanın hər yerindən turistləri cəlb edən İslam İncəsənəti Muzeyində eksponat qismində Nizaminin “Xəmsə”si sərgilənir. Amma çox təəssüf ki, əsər fars mədəniyyətinin nümunəsi kimi təqdim olunub.

Bu dezinformasiya ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi saytımıza açıqlama verib.

“Bir çox ölkələrdə Nizaminin Azərbaycan şairi deyil, İran şairi olması ilə bağlı təbliğatlar aparılıb. Təəssüf ki, bu mənzərə hələ də bəzi ölkələrdə müşahidə olunur. Biz bununla mübarizə aparmalıyıq.

Qətər Milli Kitabxanasında Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı həqiqətlərin ərəb dünyasına çatdırılması istiqamətində böyük addımdır. Əsər kitabxanaya hədiyyə edilib. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik, çünki dünyanın bir çox kitabxanalarında Nizami “Xəmsə”si İran əsəri kimi təqdim olunur”, – deyə İlqar Fəhmi qeyd edib.

Frangiz Ağalarova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir