İdman

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başladı – FOTO

Sharing is caring!


Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşıb. Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

G qrupunun digər oyununda Misir Küveytə qalib gəlib (2:0).

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Azərbaycan – İraq – 2:0

Qollar: Mirmehdi Rzayev, 16 (1:0), Elvin Əlizadə, 28-pen. (2:0).

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir