Mədəniyyət

Eyyub Yaqubov konserti ilə bağlı söz-söhbətə son qoydu

Sharing is caring!


Bu gün mətbuatda “Eyyub Yaqubovun “kişilər günü” ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərə Xalq artisti Eyyub Yaqubov açıqlama verib.

Azxeber.com xəbər verir ki, xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib.

O, 23 fevralın adi bir gün olduğunu xatırladaraq, yazılanları təkzib edib:

“Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. İlk olaraq bildirim ki, mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür. Hörmətlə Sizin Eyyub Yaqubov”.

Qeyd edək ki, Xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən qaldırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir