Dünya

“Arsenal” “Sevilya”nı darmadağın etdi – VİDEO

Sharing is caring!

İngiltərə “Arsenal”ı Londonda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. 

Oxu.Az xəbər verir ki, görüş “Emireyts kuboku” çərçivəsində baş tutub. 

Paytaxt təmsilçiləri ispanları İngiltərəyə gəlməyə peşman ediblər. Belə ki, “topçular”a oyunun taleyini həll etmək üçün cəmi 20 dəqiqə lazım olub. Bukayo Saka və Qabriel Jesus qısa zaman çərçivəsində hərəyə iki dəfə fərqlənməyi bacarıblar. 

İlk hissə bu hesabla bitib, 4:0.

Oyunun ikinci hissəsində ssenari dəyişməyib. Qabriel Jesus aktivinə daha bir top yazdırıb. Son qolu isə Edvard Nketia vurub. Yekun hesab 6:0.

Qeyd edək ki, “Emireyts kuboku” bütün oyunlarının “Emireyts” stadionunda keçirildiyi iki günlük klub turniridir.  

Qolları təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir