Mədəniyyət

Aynur Kərimova: “Azərbaycan mədəniyyəti üçün ağır itkidir”

Sharing is caring!


“Azərbaycan mədəniyyəti üçün ağır itkidir”. 

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimində Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova jurnalistlərə açıqlamasında deyib. 

A.Kərimova mərhum baletmeysterlə bağlı xatirələrindən bəhs edib: 

“Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Xoreoqrafiyanın incilərindən biri idi. Xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Yaratdığı zərif, gözəl obrazları dərin iz qoyub. Xüsusi üslubu ilə seçilirdi. Rəfiqə xanım pedaqoji fəaliyyəti ilə də seçilirdi. Bu gün tələbələri də onunla vidalaşamağa gəliblər. Hər zaman xatirələrimizdə yaşayacaq. Tələbələri onun üslubunun daşıyıcılarıdır. Hər zaman qəlbimizdə özünəməxsus üslubu ilə yaşayacaq”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir