Dünya

İndoneziyada yanğın nəticəsində məscidin günbəzi uçub – VİDEO

Sharing is caring!

İndoneziyanın paytaxtı Cakartada baş verən yanğın nəticəsində Koca rayonundakı İslam Mərkəzinin Böyük Məscidinin günbəzi uçub.

Məlumata görə, məscidin günbəzinin uçması zamanı ətrafda çox sayda insan olub.

Bildirilib ki, yanğın məscidin günbəzində aparılan qaynaq işləri nəticəsində başlayıb.

Yanğın başlayan zaman məsciddə insanların olduğu güman edilir. Amma qurbanlar barədə hələlik məlumat yoxdur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir