Mədəniyyət

Aleksandr Rıbak Bakıda solo konsert verəcək – VİDEO

Sharing is caring!


“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak ilk dəfə Bakıda çıxış edəcək.

Müğənni fevralın 28-29-da Heydər Əliyev Sarayında Bakı ictimaiyyətinə ikigünlük şou təqdim edəcək.

Xatırladaq ki, o, 2009-cu ildə “Avroviziya” Mahnı Müsabiqəsində Norveçi təmsil edib və “Fairytale” mahnısı ilə 387 xal toplayaraq qalib gəlib.

Onun eyniadlı debüt albomu “Fairytale” doqquz Avropa ölkəsində “Top 20”yə daxil olub, Rusiya və Norveçdə isə birinci yerə yüksəlib.

Qeyd edək ki, Rıbakın Bakıdakı konserti çərçivəsində onun “Avroviziya”dakı həmkarı, Azərbaycanın əməkdar artisti Səbinə Babayeva çıxış edəcək.

Konsertə biletləri “iTicket”in internet saytından, tətbiqdə və şəhərin bütün kassalarından əldə etmək olar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir