Mədəniyyət

Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı açıqlanıb

Sharing is caring!


Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən çoxdur.

“Report” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən “Mədəni İrs” forumunda çıxışı zamanı məlumat verib.

“Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur. 1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan dördü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”, – deyə o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir