Siyasət

“Paşinyan Əliyevin qorxusundan…” – Poqosyandan ŞOK İDDİA

Sharing is caring!

“İlk dəfə olaraq Ermənistan rəhbərliyi “müstəqillik günü” münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır”.

Xəbəral.az xəbər verir ki, bunu erməni siyasi ekspert Tevan Poqosyan deyib.

“Necə deyərlər, iki qorxu – bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar”, – Poqosyan bildirib.

Onun sözlərinə görə, indiki çətin vaxtda Ermənistan hakimiyyəti “Qarabağ”ı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. Amma Poqosyan təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi bunu etməkdən qorxur.

O, həm Prezident Armen Sərkisyan, həm də Baş nazir Nikol Paşinyanın Qarabağa səfərə getməkdən çəkindiyini bildirib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir