Mədəniyyət

Məşhur qrupdan San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi – FOTO/VİDEO

Sharing is caring!


San-Fransisko sakinləri möhtəşəm olduğu qədər təhlükəli hadisənin şahidi olublar. Belə ki, ABŞ-də tanınmış “Bandaloop” rəqs qrupunun üzvləri şəhərin ən hündür binası olan “Transamerica” Piramidasının divarında şaquli vəziyyətdə rəqs ediblər.

Sakinlər əvvəlcə binanın üzərində narıncı kombinezonlardakı trionu görəndə heyrətə gəliblər. Az sonra bunun sadəcə qrup üzvlərinin rəqsi olduğu aydınlaşıb. Bununla belə sakinlər narahatlıqlarını gizlədə bilməyiblər. Onlar qrupun bu fəaliyyətini “ölüm rəqsi” kimi qiymətləndiriblər.

O da vurğulanır ki, qrupun bu fəaliyyəti heç bir nümayişin və ya aksiyanın bir hissəsi olmayıb.

Qeyd edək ki, “Transamerica” Piramidası dünyanın ən hündür binaları siyahısında altıncı yerdədir.

Mənbə: Dailymail.co.uk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir