Dünya

Fransada qarətçilər bahalı şampan şərablarını onları daşıyan maşınla birlikdə qaçırıblar

Sharing is caring!


Fransanın şimal şərqində yerləşən Reyms şəhərində şampanla dolu iki maşın qaçırılıb.

Qeyd olunur ki, hər maşında 300 min avro (545 min manat) dəyərində şampan şərabı olub.

Nəqliyyat vasitələri izləmə cihazları ilə təchiz edildiyindən hüquq mühafizə orqanları qısa müddət ərzində onların yerini müəyyən edə bilib.

Lakin cinayətkarların təqibi zamanı onların peşəkar oğru olduqları müəyyən edilib. Belə ki, polislərin yaxınlaşdığını görən kişi tez sükandan enərək digər avtomobilə əyləşib və polislərdən yayına bilib.

Digər maşın isə yol kənarında tərk edilmiş vəziyyətdə aşkar edilib.

Polislər bildiriblər ki, qiymətli şampan içkiləri hamısı bütöv və zədələnməmiş şəkildə zavoda geri qaytarılıb.

Şampan oğrularının axtarışları davam etdirilir.  

Mənbə: “Le Parisien”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir