Mədəniyyət

8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub – FOTO

Sharing is caring!


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

Festivalın daha bir konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konserti şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova), solistlər – Xalq artisti Azər Zeynalov (tenor), Əməkdar artisti Tural Ağasıyev (tenor) və Rauf Məmmədzadə (bariton) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” və “Çənlibel” xoru, “Çırpınırdın, Qara dəniz”, F.Sücəddinovun “İthaf”, D.Dadaşovun “Qələbə uvertürası”, F.Əlizadənin “Zəfər marşı”, R.Əliyevin “Şuşanın dağları başı dumanlı”, E.Mansurovun “Ulu torpaq”, F.Əmirovun “Azərbaycan kapriççiosu” və C.Quliyevin “Əsgər marşı” və “Zirvə” əsərləri səsləndirilib.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir