Mədəniyyət

Masanori Kayden: “Şadam ki, Azərbaycanda Yaponiya mədəniyyəti yüksək qiymətləndirilir”

Sharing is caring!


“Çox şadam ki, yapon mədəniyyəti Azərbaycanda yüksək qiymətləndirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tayko ifaçısı (təbilçi) Masanori Kayden deyib.

“Azərbaycana ilk dəfədir ki, səfər edirəm və ölkənizdə anime, suşi və manqa sevənlərin olduğunu bildiyimə görə şadam. Burada çox sayda insan məni yapon dilində salamladı və bu məni çox sevindirdi”, – o vurğulayıb.

M.Kayden bu gün Bakıda “Yapon mədəniyyəti və “Şişimai” – ənənəvi yapon şir rəqsi” adlı konsertdə qədim yapon incəsənətinin nümunələri olan rəqsləri ifa edəcəyini vurğulayıb:

“Hesab edirəm ki, bu, azərbaycanlıları Yaponiya və bizim dəyərlərimizlə tanış etmək üçün əla şansdır”.

O, Azərbaycan musiqisini ilk dəfə Gürcüstanda keçirilən Qafqaz rəqs festivalında eşitdiyini bildirib:

“Azərbaycan motivlərini çox bəyəndim, onlar enerji ilə doludur. Amma istərdim ki, Azərbaycan musiqisinə daha yaxından bələd olum və bu barədə daha çox öyrənim”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir