Mədəniyyət

Tbilisidə azərbaycanlı gənc rəssamın sərgisi açılıb – FOTO

Sharing is caring!


Bu gün Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb.

“Report” xəbər verir ki, sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət numayəndələri iştirak ediblər.

Sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən çox əsər nümayiş etdirilir. Əsərlər içərisində Qazi Mustafa Kamal Atatürkün, Çanaqqala savaşının, türk əsgərlərinin fotoları yer alıb.

Ş.Sadiq bildirib ki, çəkdiyi rəsmlərlə təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir