Mədəniyyət

Tanınmış şairin“Sevgi yağışları” adlı kitabı işıq üzü gördü – FOTO

Sharing is caring!

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Anar Məcidzadənin “Sevgi yağışları” adlı şeirlər kitabı nəşr olunub.

Xəbəral.az xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər öz əksini tapıb.

Qeyd edək ki, kitabın rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimli, filologiya üzrə fəlsəfə doktoru,dosent Dürdanə Nağıyeva, redaktoru isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mənsur İbrahimli, dizayneri Raman Dadaşovdur.

Xəbəral.az kollektivi gənc şair Anar Məcidzadəni təbrik edir və ona yaradıcılığında uğurlar arzulayır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir