Mədəniyyət

Sayit Yusuf: “Türkdilli xalqlar arasında dil anlaşılmazlığının həlli kino sahəsindən keçir”

Sharing is caring!


“Türkdilli xalqlar arasında dil sahəsindəki anlaşılmazlığın həlli kino sahəsindən keçir”.

“Report”un xəbərinə görə, bunu TÜRKSOY-un baş katibinin köməkçisi Sayit Yusuf III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türklər öz aralarında ortaq dillə anlaşmalıdırlar:

“Bu problem də təbii ki, kino sahəsi ilə aradan qaldırıla bilər. Türkdilli xalqların nümayəndələrinin bir-birilə söhbəti zamanı yaranan anlaşılmazlıq qəbuledilməzdir”.

“Türk mədəniyyətini dünyaya tanıtmaq istəyiriksə, onda film sahəsindəki əməkdaşlığımızı daha da genişləndirməliyik. Bu baxımdan III “Korkut Ata” Türk Dünyası Film Festivalı xüsusi önəm kəsb edir”, – S.Yusuf vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir