Mədəniyyət

Fətəli xanın başdaşı bərpa edilir – FOTO

Sharing is caring!


Fətəli xanın başdaşı bərpa edilir.

Bu barədə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Bildirilib ki, muzeyin Arxeologiya fondunda qorunan, XVIII əsrin sonuna aid qubalı Fətəli xana məxsus qəbirdaşının bərpaya ehtiyacı olduğu üçün muzeyin Bərpa laboratoriyasına yönləndirilib.

Qeyd edək ki, 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat edən Fətəli xan Bakıda Bibiheybət məscidinin həyətində dəfn olunub. XX əsrin 30-cu illərində isə Fətəli xanın başdaşı Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Oniks daşından hazırlanmış sözügedən qəbirdaşı üzərində hazırda bərpa-konservasiya işləri aparılır. Bərpadan öncə üzərindəki boya qalıqları polaroid maddə vasitəsilə konservasiya edilib və daşın üzərindəki firuzəyi, bənövşəyi, qızılı boya qalıqları daha aydın formada üzə çıxıb. Eksponatın üzərindəki ləkələr xüsusi maddələrlə – kimyəvi və mexaniki üsulla təmizlənərək, daşın təbii rəngi geri qaytarılıb.

Eksponatın konservasiya və bərpa işləri muzeyin bərpaçı-rəssamı İbrahim Hacıyev tərəfindən icra olunur.

Sözügedən eksponat bərpa prosesindən sonra muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir