Mədəniyyət

Hindistanlı yoqa müəllimi: “Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”

Sharing is caring!


“Yoqa xoşbəxtlik elmidir. Yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı “CEO Artistic Yoga” məktəbinin ustadı və rəhbəri Nandan Qautam deyib.

Onun sözlərinə görə, artistik yoqa 25 il öncə yaradılan yoqa üslubudur:

“Artistik yoqa üslubu mənim ustadım Bxarat Txakur tərəfindən yaradılıb. Üslubun əsas məqsədi nəticədir. Artistik yoqada əsasən ardıcıllığa fikir veririk. Yəni bu üslubda hərəkət ardıcıllığı önəmlidir. Bir çox insan yoqaya ruhu rahatlatmaq və bədənini elastik hala gətirmək üçün gəlir. Güc məqamını unudurlar”.

N.Qautama qeyd  edib ki, artistik yoqa üslubu elm ilə çox bağlıdır:

“Bu çox vacib məqamdır. Biz fitnesə gedən zaman hər məşq bir əzələyə işləyirik. Yoqada da bu məqamlara fikir vermək vacibdir. Hər dərs bir nöqtəyə fokuslanmalıyıq. Mərhələ-mərhələ nöqtələrə işləməliyik. Hər dərs fərqli olmalıdır. Nəticə üçün bu önəmlidir”.

“Artistik yoqanın əsas məqsədi odur ki, dərsdən çıxdıqda harmonal sistem tam balanslı olur. Yoqada əsas məqsəd dərsdən xoşbəxt çıxmaqdır. Ruhunuz, əhvalınız yaxşı olur. Burada öz biliklərimi paylaşacağam. Mən kitab oxumamışam. Yoqa biliklərim təcrübəmdir. Aldığım təcrübəni də bölüşəcəyəm. Mən çox şadam ki, Azərbaycanda bu qədər insan yoqa ilə maraqlanır. Yoqa xoşbəxtlik elmidir. Düşünürəm ki, yoqa sözü xoşbəxtlik ifadəsi ilə əvəz edilməlidir”, – deyə N.Qautama əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir