Mədəniyyət

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Sharing is caring!


Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda sənətçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.

Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.

O, Xalq rəssamı Tahir Salahovun qızı və Özbəkistanın tanınmış rəqqasəsi Tamara xanımın nəvəsidir.

Alagöz Salahova, həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi olub. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir