Mədəniyyət

“Azərbaycanfilm”də yoxlama aparılır

Sharing is caring!


Hesablama Palatası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama aparır.

Kinostudiyanın direktoru Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.

“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirirlər. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”, – direktor qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir