Mədəniyyət

“ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində qalib olanların SİYAHISI

Sharing is caring!


27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsində 18 azərbaycanlı müxbir və operator 11 nominasiya üzrə qalib olub. 

Oxu.Az xəbər verir ki, qaliblərin siyahısı bu gün Xəzər Media Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb. 

Müsabiqənin Azərbaycan üzrə qalibləri aşağıdakılardır.

Xəbər görüntüsü nominasiyası:

Birinci yer: “Real TV”, Elşad Heydərov 

Özəl xəbər nominasiyası

Birinci yer: AZƏRTAC, İsgəndər Qəmbərov 
İkinci yer: “Xəzər TV, Vüsal Cəfərov 

Reportaj nominasiyası:

Birinci yer: “İctimai TV”, Ceyhun Mustafayev 

Sərbəst nominasiya:

Birinci yer: ARB TV, Aidə Zərgərova 

Serial nominasiyası:

Birinci yer: ATV, Elvin Zeynalov 
İkinci yer: ARB TV, Turan Novruzova 

Aktual xəbər nominasiyası:

Birinci yer: ARB TV, Tacəddin Quliyev 

Xəbər proqramı nominasiyası:

Birinci yer: “Xəzər TV”, Aslan Qarayev 

Müsabiqədə Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin adına xüsusi mükafatlar da verilib:

Ağdam mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Şuşa mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Laçın mükafatı – “İctimai TV”, Anar Ağazadə 
Kəlbəcər mükafatı – “Baku TV”, Elgün Hümbətov
Füzuli mükafatı – AzTV, Ramil Qocayev
Zəngilan mükafatı – ARB, Rasil Salehliyə təqdim olunacaq. 

Bundan başqa: 

Münsif mükafatı – “İctimai TV”, Ramin Mehdi
Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı – ARB TV, Kamilə Hüseynli
Türkiyə-Azərbaycan dostluq mükafatı – Türkiyənin NTV telekanalından Esra Gezginciyə veriləcək. 

Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Sentyabrın 3-də  İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub. 

Müsabiqənin idarə heyətinin üzvləri sırasına Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara daxildirlər.

Onu da qeyd edək ki, 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin mükafatlandırılma mərasiminin sentyabrın sonlarında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir