Mədəniyyət

52 illik dostları ilə gözyaşları içində vidalaşdılar: “Səni görə biləcəyimiz yer röyalar artıq…” – VİDEO

Sharing is caring!


Türkiyənin məşhur MFÖ qrupunun üzvlərindən olan və bir neçə gün öncə vəfat edən pop musiqisi ifaçısı Özkan Uğur üçün İstanbulda Atatürk Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

Qrupun digər üzvləri Mazhar Alanson və Fuat Güner 52 illik dostları isə səhnədə vidalaşıblar.

Göz yaşlarını zorla saxlayan Güner bu kədərə heç bir sözün təsəlli edə bilməyəcəyini bildirib:

“Özkanım, yenidən görüşənədək, əlvida”, – deyə o, sözlərini bitirib.

Mazhar Alanson isə onunla “Ele güne karşı, yapayalnız” və “Yandım” mahnıları ilə vidalaşıb.

Qeyd edək ki, 2013-cü ildə limfa xərçənginə tutulan və xəstəliyə üç dəfə qalib gələn korifey musiqiçi və aktyor Özkan Uğur iyulun 8-də vəfat edib.

Mənbə: Haberler.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir