Mədəniyyət

Sevda Ələkbərzadədən Beynəlxalq Caz Gününə özəl albom

Sharing is caring!


Əməkdar artist Sevda Ələkbərzadə və Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıel 30 aprel Beynəlxalq Caz Günü ərəfəsində birgə layihəni təqdim ediblər. 

“Excited” adlı albom Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirir. Musiqi toplusu “Sony Müzik Türkiye” etiketi ilə bütün rəqəmsal platformalarda yayımlanır.

Azərbaycanlı müğənninin səsyazması Bakıda İsmayıl Əsədov tərəfindən edilib. 

Fotoqraf Orxan Aslanovun gerçəkləşdirdiyi foto çəkilişlərdə Sevda Ələkbərzadə modelyer Rüfət İsmayıla məxsus geyimlərdə görünüb. 

Xatırladaq ki, əməkdar artist 23 fevral tarixində Anıl Şallıellə birlikdə İstanbulun məşhur konsert salonu “Grand Pera”da konsert proqramı ilə çıxış edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir