Cəmiyyət

Zibil məntəqsi adı ilə ağacları kəsərək kafe tikdilər – FOTO/VİDEO

Sharing is caring!

Xətai rayonu, Sarayevo küçəsindəki zibil konteynerlərini köçürüb yerində kafe tikiblər.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, prosesi həyata keçirmək üçün ərazidəki bir neçə ağac da kəsilib. Hazırda yeni obyektlə bağlı işlər tamamlanmaq üzrədir.  

Xatırladaq ki, təxminən bir ay əvvəl tikinti işlərinə hazırlıq görülərkən proses saytımız tərəfindən ictimailəşdirildi. Məsələ ilə bağlı Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətindən Oxu.az-a tikili ilə bağlı araşdırma aparıldığı bildirildi.

Sonradan isə tikintini icra etdirən şəxs ARB TV-yə danışaraq sahibkar olduğunu və burada kafe yox, məişət tullantılarının kənardan idarə olunan toplanma məntəqəsinin inşa edilməsinin planlaşdırıldığını deyib. Sözügedən şəxs tikinti üçün icra hakimiyyətindən icazə alınsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmədiyi üçün işin müvəqqəti dayandırıldığını qeyd edib. Hadisədən dərhal sonra nazirlikdən diqqətə çatdırıldı ki, yaşıllıq zolağına kənardan müdaxilə olunubsa, həmin şəxslər tapılaraq məsuliyyətə cəlb olunacaq.

Bu gün isə ərazidə ictimai iaşə obyektinin inşa edildiyi müşahidə olunur. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir