Mədəniyyət

Qızı Aftandil İsrafilovun son durumunu açıqladı

Sharing is caring!


Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. “Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Birinci vitse-prezident, fondun prezidenti Mehriban Əliyevaya minnətdarıq”, – deyə o bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir xəstəxanada müalicə alır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir