Mədəniyyət

Rasim Balayev: “Kino Agentliyinə seçilmək istəmirəm”

Sharing is caring!


“Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, agentlik özünə yer tapana qədər maliyyə köməyi olmalıdır:

“O, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun. Təklif edərdim ki, kino adamları təhsil üçün xaricə göndərilsinlər”.

R.Balayev qeyd edib ki, dramaturqların yetişməsinə ehtiyac var:

“Kino Agentliyi yaradılacaq. Ora seçilmək istəmirəm. Lakin istərdim ki, ölkəsini sevən, kinomuzu bilən adamlar oraya toplaşsınlar”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir