Cəmiyyət

Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşüblər, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Gəncədə minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı xəsarət alanlar, sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləridir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir